İsraildən Türkiyəyə İMTİNA: Qəzzaya yardım aparmasına İCAZƏ VERMƏDİ

 

İsrail Türkiyənin Qəzzaya humanitar yardım aparmasına icazə verməyib.

Yenicag.az xəbər verir ki, bu barədə İsrailin dövlət telekanalı Kan11 məlumat yayıb.

Bildirilir ki, İsrail Türkiyənin Qəzza zolağına humanitar yardım göndərməsinə icazə verməyib.

Bu barədə martın 27-də məlum olub. Artıq bu, ikinci imtina halıdır. Qətərin əvvəlki tələbi də cavabsız qalıb.

Qeyd edilir ki, qərar hərbi deyil, siyasi xarakter daşıyır və İsraillə Türkiyə arasında münasibətlərin pisləşməsi ilə bağlıdır.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Türkiyə Xarici İşlər Nazirliyi öz səfirini məsləhətləşmələr üçün geri çağırıb. O vaxtdan bəri səfir İsrailə qayıtmayıb.

Hazırda Qəzzaya humanitar yardımın daşınması üçün 9 ölkə icazə alıb: İordaniya, Misir, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Hollandiya, Belçika, Fransa və Sinqapur.

Martın 26-da məlum olub ki, humanitar yardımın çatdırılması zamanı 18 qəzzalı həlak olub. Onlardan altısı izdihamın qurbanı olub.

Xuraman Etibarlı

COP29