Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İsraildən vətəndaşlarına yeni terror xəbərdarlığı: “Türkiyəni tərk edin”

JPEGmini

İsrail vətəndaşlarına Türkiyəni tərk etmək barədə xəbərdarlıq edib.

Bu barədə İsrail Baş Nazirliyinin terrorla mübarizə idarəsi məlumat yayıb. 2-ci dərəcəli xəbərdarlıqda İŞİD və digər terrorçu qruplaşmaların Türkiyədəki turistik bölgələrə hücum edə biləcəyinə dair “yüksək real təhdid” olduğu deyilir.

Açıqlamada İsrail vətəndaşlarının Türkiyəyə getməkdən çəkinmələri və hazırda oradadırlarsa, “mümkün olan ən qısa müddətdə” ölkədən çıxmaları istənilib.

Qeyd edək ki, əgər xəbərdarlıq 1-ci dərəcəli olsaydı, İsrail vətəndaşlarının ölkəni “dərhal” tərk etmələri istənilərdi.

Xatırladaq ki, martın 19-da İstanbulun İstiqlal prospektində həyata keçirilən terror aktı nəticəsində 3 İsrail vətəndaşı vəfat edib. Bu zaman İsrail Baş Nazirliyinin terrorla mübarizə idarəsi 3-cü dərəcəli xəbərdarlıq yaymışdı.

www.yenicag.az

491