İsraildən xəbərdarlıq: “Müharibə hələ bitməyib”

Xəbər verdiyimiz kimi, İsrail ilə Fələstin arasında əsir mübadiləsi razılaşması çərçivəsində 4 günlük humanitar atəşkəs başlayıb.

Yenicag.az bildirir ki, İsrail Ordusu atəşkəs başlamazdan bir neçə dəqiqə əvvəl sosial mediada paylaşdığı videoda müharibənin hələ bitmədiyi barədə xəbərdarlıq edib.

Ərəbcə danışan İsrail Ordusunun sözçüsü Aviçay Adraee humanitar fasilənin “müvəqqəti” olduğunu vurğulayaraq Qəzzalılara xəbərdarlıq edib:

“Qəzza zolağının şimalı təhlükəli bir döyüş bölgəsidir və şimala keçid qadağandır. Təhlükəsizliyiniz üçün cənub humanitar zonasında qalmalısınız”./Musavat.com