İsrailə 3 milyard dollarlıq silah göndərir

ABŞ İsrailə 3 milyard dollarlıq yeni silah satışına icazə verib.

Yenicag.az xəbər verir ki,  Pentaqon sövdələşmənin təcili yardım paketinin bir hissəsi kimi edildiyini və Konqresin təsdiqləmə prosesindən yan keçdiyini açıqlayıb.

Bildirilir ki, 35.500-dən çox bomba gövdəsi və 4.000 I-2000 tipli bunker döyüş başlığı İsrailə çatdırılacaq. Silahların tədarükünə 2026-cı ildə başlanması planlaşdırılır.