İsrailə raket hücumu: Hərbi bazalar atəşə tutuldu

“Hizbullah” hərəkatı Beyrutda hərbi qanad komandiri Fuad Şükrün öldürülməsinə ilkin cavab olaraq İsrailə zərbələr endirib.

Yenicag.az xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında bildirilib.

Belə ki, Livandan İsrailə doğru 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub.

İsrailin “Ynet News” portalı xəbər verir ki, bütün bunların fonunda İsrailin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib./Report/

COP29