İsrailin baş naziri Benyamin Netanyahu Livanla 60 günlük atəşkəs başa çatana qədər İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevini əvəz etmək niyyətindədir.
Yenicag.az xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Baş Qərargah rəisi ötən il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının İsrailə hücumu zamanı hərbi komandanlığın səhvlərinə görə məsuliyyəti öz üzərinə götürərək istefa verməlidir.
Teleradio şirkətinin həmsöhbətləri əlavə ediblər ki, bu qərarı müdafiə naziri İsrael Katz dəstəkləyir./unikal
www.yenicag.az