İsrailin ən varlı iş adamlarından biri saxlanıldı

bn“Reuters” informasiya agentliyinin məlumatına görə, İsrail polisi ölkənin ən zəngin iş adamı sayılan Beni Şteynmetsi həbs edib.

Hesabında 6 milyard dollar olan iş adamı dünyanın ən böyük almaz istehsalçılarından biri hesab olunur.

Xəbəri Şteynmetsin mədənlər şirkəti olan “BSG Resources”-dən də təsdiqləyiblər.

Milyarderin hansı səbəbdən həbs olunduğu mətbuata açıqlanmır.

Yenicağ.Az

COP29