İsrailin hərbi bazasına hava hücumu edildi

“Hizbullah”ın kamikadze-dronları Hayfada İsrail Ordusunun bazasına zərbələr endirib.

Yenicag.az xəbər verir ki, bu haqda “Haaretz” məlumat paylaşıb.

Qeyd olunub ki, Hayfanın cənubunda “Qolani” diviziyasına məxsus hərbi bazaya PUA hücumu nəticəsində azı 3 hərbçi həlak olub, 20-si yaralanıb.

Məlumata görə, dronlar İsrailin hava hücumundan müdafiə sistemindən yan keçib./Qafqazinfo/

COP29