İsrailin hərbi kabinetinin üzvü Benni Qantz istefa verib.
Yenicag.az xəbər verir ki, bu barədə o, televiziya vasitəsilə müraciətində deyib. “Hökumətdən gedişim haqqında qərarı çox mürəkkəb və ağrılıdır” – B. Qantz belə deyib.
Qeyd edək ki, onun bu qərarı ötən həftə hökumət başçısı Benyamin Netanyahuya verdiyi ultimatumla əlaqələndirilir.
O, baş naziri iyunun 8-dək HAMAS ilə mübarizə məqsədilə yeni planın hazırlanmasına çağırmışdı./Apa/