İsrailin hücumlarına qarşılıq veriləcək? – İrandan bütün dünyanı narahat edən suala CAVAB

İsrailin İrana hücumundan sonra Tehranın cavabının necə olacağı maraqla qarşılanıb.

Yenicag.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, İran rəsmisi açıqlamasında bildirib ki, İranın İsrailin hücumuna görə dərhal cavab planı yoxdur.

İran Dövlət Televiziyası hava hücumundan müdafiə sistemlərinin işə salındığını və İsfahanı hədəf alan 3 pilotsuz təyyarənin havada məhv edildiyini açıqlayıb. İranda bütün uçuşlar dayandırıldığı halda, rəsmilər heç bir raket hücumu olmadığını bildirərək, “İsfahandakı partlayışlara bizim hava hücumundan müdafiə sistemimiz səbəb olub” deyib.

İran dövlət televiziyası “Xəbər mənbələri İsfahan vilayətində nisbətən güclü partlayış səsinin eşidildiyini” bildirib. Bu səsin mənbəyi hələ açıqlanmayıb. Hücum elan edilərkən İsfahan şəhərindəki nüvə obyektlərinin təsirlənmədiyi və ya nüvə obyektlərinin hədəf alınmadığı, ölkədəki bütün uçuşların dayandırıldığı bildirilib.

ABŞ mediası adlarını açıqlamayan Amerikarəsmilərinə istinadən İsrailin İran daxilində bəzi nöqtələri raketlərlə vurduğunu açıqlayıb. Hücumda təkcə İran deyil, Suriya və İraqdakı bəzi nöqtələrin də hədəf alındığı bildirilib.

İsrail aprelin 1-də İranın Dəməşqdəki konsulluğunun binasına hava hücumu həyata keçirib. Hücum zamanı İran İnqilab Keşikçiləri Ordusunun 2-si general olmaqla ümumilikdə 7 iranlı məmur həlak olub. İran bəyan edib ki, İsrailin konsulluğuna hücum onun ölkə ərazisinə hücum deməkdir və onlar buna cavab verəcəklər. İsrail İranın hücumuna cavab verəcəyini bəyan edib.

İran aprelin 13-də yüzlərlə kamikadze pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərlə İsrailə hücum edib. İran bəzi hədəflərin vurulduğunu, İsrail isə hücumların əksəriyyətinin hava hücumundan müdafiə sistemləri ilə qarşısı alındığını açıqlasa da, raket cənubdakı hərbi bazaya düşüb.

COP29