“Əl-Məyadin”in müxbiri və operatoru Livanın cənubunda İsrailin hücumu nəticəsində həlak olub.
Yenicag.az xəbər verir ki, bu barədə “Al Wataniya” agentliyi məlumat yayıb. Bildirilir ki, İsrailin Livanın cənubunda endirdiyi zərbə nəticəsində “Əl-Mayadin” telekanalının müxbiri və operatoru həlak olub.
Məlumata görə, mətbuat işçilərindən başqa daha bir Livan vətəndaşı da həlak olub.
Zərbə Tair Harfa və Əl-Cibbeyn yaşayış məntəqələri arasındakı əraziyə endirilib.
Xuraman Etibarlı