!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrailin müdafiə naziri bu səbəbdən VƏZİFƏSİNİ İTİRDİ: “Günah keçisi” olmalıydı”

!Reklam – Yazi

“Yoav Qallantın özü bir az millətçi düşüncədə olan insandır. Netanyahu hökuməti isə koalisiya hökumətidir və onun “Likud” partiyası təkbaşına iqtidar ola bilmədi. Ona görə də koalisiyaya keçdi və Qallant da onun tərkib hissəsidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Siyasi təhlilçi İsrailin müdafiə naziri Yoav Qallantın vəzifəsindən getməsi məsələsini şərh edib.

Onun sözlərinə görə, son baş verən hadisələr bütün məsuliyyəti Qallantın üzərinə qoydu:

“Lakin sözügedən məsələlər təkcə Qallantın üzərində deyil. Çünki hökumətə rəhbərliyi Netanyahu edir. Ona görə də Qallant təkbaşına hərəkət edə bilməz. Bir də orada Ordu Birləşməsi Komandanlığı mövcuddur. Qallant burada söz sahibi olan 3 şəxsdən biridir. Yəni tək özü dominant şəxs deyildi. Doğrudur, Qəzzada 44 minə qədər insan dünyasını dəyişdi və bunların içərisində əksəriyyəti fələstinlilərdir. Lakin onlar üçün bu rəqəmlərdən daha çox neçə İsrail hərbçisinin həlak olması və nə qədər silah-sursat, hərbi texnikanın itirilməsidir. Ona görə də Qallantı bu məsələdə mühakimə edə bilərlər”.

S. Hümbətovun fikrincə, burada digər məsələ isə odur ki, Netanyahunun özü noyabrın 22-də məhkəmə qarşısına çıxarılacaq və bu da o deməkdir ki, Netanyahu bəzi uğursuzluqları Qallantın üzərinə qoymaq istəyər:

“Bu istefanın ABŞ-dəki seçkilərlə əlaqəsinə gəldikdə isə hələlik son nəticələr bəlli deyil. Əgər Donald Tramp gələrsə, İsraillə yaxşı yola gedəcəyi görünür. Yox, Kamala Harris seçilərsə, onda vəziyyət dəyişə bilər. Hələlik ABŞ-dəki seçkilərin nəticəsi bilinmir, lakin Qallantın vəzifəsini itirməsi sırf ABŞ ilə bağlı məsələ deyil. Burada əsas məsələ Qəzzada baş verən uğursuzluqlardır ki, bu məsələdə kimsə “günah keçisi” olmalıydı ki, o da Qallant oldu”.

Rafi Müslümov

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv