İsrailin müdafiə naziri Fransada yaşayan yəhudiləri bu ölkəni tərk etməyə çağırıb

f01c65c7-c31d-43ac-bdc1-47890169eed4İsrailin müdafiə naziri Aviqdor Liberman Fransada yaşayan yəhudiləri bu ölkəni tərk etməyə çağırıb.

Yeniçağ.Az “Report”-a istinadən xəbər verir ki, nazir onları vətənə gəlməyi təklif edib.

“Ehtimal ki, Fransada yaşayan yəhudilərə bu sözləri deməyin vaxtı çatıb – bu sizin ölkəniz deyil. Fransanı tərk edin və İsrailə gəlin” – deyə nazir “Bizim ev İsraildir” partiyasının toplantısında bildirib.

Libermanın fikirləri 2017-ci ilin 15 yanvarında Fransada bu ölkənin təşəbbüsü ilə keçiriləcək Yaxın Şərq üzrə beynəlxalq konfransla bağlıdır. Tədbirdə dünyanın 70 ölkəsinin və beynəlxalq təşkilatının nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

İsrail əvvəlcədən konfransda iştirak etməyəcəyini bildirib. Nazirin sözlərinə görə, Fransanı tərk etmək bu “sui-qəsd”ə yeganə cavabdır. Konfrans – “tribunal” isə İsrailin əleyhinədir.

Qeyd edək ki, dekabrın 23-də BMT Təhlükəsizlik Şurası İsrailin Fələstin ərazilərində həyata keçirdiyi tikinti işlərini qanunsuz hesab edən qətnamə qəbul edib. İsrail bu qərara əməl etməyəcəyini bildirib.

Yeniçağ.Az

COP29