İsrailin Müdafiə Nazirliyinin binası vuruldu

Yəmən husiləri raketlə İsrailin Müdafiə Nazirliyinin binasına hücum edib.

Yenicag.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya deyib.

“Artilleriya qüvvələri Yaffa bölgəsində (Təl-Əviv) İsrailin Müdafiə Nazirliyinə “Zülfiqar” ballistik raketi ilə zərbələr endirib”, – Səriya qeyd edib.

Qeyd edək ki, İsrail ordusu isə bu gün Yəməndən atılan iki raketi zərərsizləşdirdiklərini bəyan edib.