İsrailin Qəzza sektoruna hava zərbələri nəticəsində 30 nəfər həlak olub

İsrailin Qəzza sektoruna hava zərbələri nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidr bildirib.

O, qeyd edib ki, ölənlərdən 10-u uşaqlardır. Zərbələr nəticəsində həmçinin daha 203 nəfər xəsarət alıb.

“İsrailin iki gün ərzində Qəzza sektoruna hava zərbələri nəticəsində anklavda 30 fələstinli həlak olub. Onlar arasında 10 uşaq və 1 qadın da var. Zərbələr nəticəsində daha 203 insan yaralanıb”, – əl-Kidr bildirib.

Bazar etəsi axşam Qəzza sektorunda son illər ərzində ən böyük eskalasiya başlayıb. Bu günlər ərzində Qəzzadan İsrailə 600-dən çox raket buraxılıb./report/