!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrailin "Şimal Qalxanı" və İranın silah tədarükü: Livanda nə baş verir?

!Reklam – Yazi

“Əgər Iranın Livana hər hansı silah transferi ilə məşğul olduğu sübuta yetirilərsə, Israil ordusu müdaxilə etmək məcburiyyətində qalacaq”.

Yenicag.az xəbər verir ki, bu barədə Israil mediasına yüksək rütbəli bir məmur bildirib.

Israilli məmur, Israilin Livanda başlatdığı “Şimal Qalxanı” əməliyyatı ilə bağlı açıqlama verərkən, Iranın Livana silah daşımasını ölkənin gələcəyi üçün təhlükəli hesab etdiyini və bu səbəbdən Israilin mövcud vəziyyətə müdaxilə edəcəyini deyib.

“Livan sərhədlərindən Israil sərhədlərinə qədər geniş tunellər qazılıb. Bu tunellər çox sayda gücləri Israil sərhədlərindən içəri sızdırmaq üçün yetərlidir. Beləcə silsilə terrorlar bizi gözləyəcək. Kəndlər ələ keçirilə bilər” – deyə adının çəkilməsini istəməyən israilli məmur iddia edib.

Qeyd edək ki, Israil ordusu dekabrın 4-dən etibarən Hizbullaha aid olduğunu iddia etdiyi tunelləri məhv etmək üçün “Şimal Qalxanı” əməliyyatına başlayıb.

www.yenicag.az

13006
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv