İsrailin Suriyaya hücumu: Ölən və yaralılar var

İsrail hava qüvvələri Dəməşq yaxınlığındakı bəzi məntəqələrə zərbələr endirib.

Yenicag.az SANA-ya istinadla xəbər verir ki, nəticədə 4 əsgər şəhid olub, daha 4 əsgər yaralanıb.

Hava zərbəsi gecə saatlarında baş verib. Hücum Colan Təpələrindən endirilib.

Suriyanın hava hücumundan müdafiə sistemləri raketlərinbəzilərini sıradan çıxara bilib.