!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrayıl İsgəndərov: Mifləri yox edən bir sərkərdə

!Reklam – Yazi

Torpaqda itki olmaz,

Kötüksüz bitki olmaz.

(Azərbaycan atalar sözü)

Çoxdandır Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyev, onun bir Azərbaycan vətəndaşı kimi şəxsiyyəti, Azərbaycan və dünya siyasətində yeri, siyasətdə dərinliklər yaratmaq məharəti və çürük mifləri dağıtmaq bacarığı barədə yazmaq istəyirdim. Bu istəyin reallaşmasına Millixəbər.az saytından Nicat Abbasın bir mesajı çox kömək etdi. Təşəkkür edirəm, Nicat bəy, mənim bu istəyimin reallaşmasına təkan verdiniz. Ali Baş Komandanın doğum günündə öz fikirlərimi oxucularınıza çatdırmaq imkanı yaratdınız.

2003-cü ildə Azərbaycan Respublikasının prezidentliyinə İlham Heydər oğlu Əliyevin namizədliyini əksər azərbaycanlılar kimi mən də dəstəklədim. Onun həyat yolu barədə məlumatı olan hər kəsə aydın idi ki, Azərbaycan üçün ən layiqli prezident o ola bilər. Ölkə rəhbərinə xas olan siyasi təcrübə, yüksək səviyyəli bilik, qərar qəbuletmə bacarığı, beynəlxalq təcrübə, ən vacibi – başdan ayağa milli mənlik, vətənpərvərlik kimi keyfiyyətlər bu insanda toplanmışdır. Belə ki, o, vaxtı ilə öz təhsilini o dövrlərdə dünyanın ən aparıcı diplomatik institutlarından biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda almış, oranın müəllimi olmuş və bu sahədə alimlik dərəcəsi almış çox az sayda azərbaycanlılardan biridir. Bir neçə dildə olduqca sərbəst, intellektual bir məharətlə danışa bilir. Azərbaycan Milli Olimpiya Komitəsinin (1997-ci ildən) sədri kimi beynəlxalq sahədə təcrübə qazanmış, beynəlxalq tədbirlərin təşkilatçısı olmuş, SOCAR-ın vitse prezidenti olaraq biznes sahəsində beynəlxalq təcrübə qazanmış, Azərbaycanın neft siyasətinin qurulmasında ciddi töhfələr vermiş, bu siyasətin müəlliflərindən biri olmuşdur. Həm oxuduğu dövrlərdə, həm də Azərbaycan Milli Məclisinin deputatı olaraq siyasətin dərinliklərini mənimsəmişdir.

İsrayıl İsgəndərov: Mifləri yox edən bir sərkərdə

Təkcə Azərbaycanda deyil, keçmiş Sovet məkanında bu cür məzmunlu, geniş və hərtərəfli bioqrafiyası olan çox az sayda siyasətçi tapmaq olar. Onun sonrakı fəaliyyəti və müstəqil dövlətlər birliyində hakimiyyətə gələn əksər siyasətçilərin fəaliyyəti Azərbaycan xalqının 2003-cü ildə verdiyi qərarın nə qədər doğru olduğunu bir daha sübut etdi. Cənab Prezidentin həyatı barədə 100-lərlə kitab, məqalə və digər növ yazılar yazılmışdır. Bu proses hələ uzun müddət davam edəcəkdir.

Bu yazıda cənab prezidentimizin Azərbaycana düşmən olanların təsir dairəsinin genişliyindən, ölkəsinin nüfuzunun böyüklüyündən, onların arxasında duran güclərin gücündən zərrə qədər çəkinməyərək, öz xalqına, onun birliyinə arxalanaraq, səbir və təmkin, ağıl və cəsarət nümayiş etdirərək, xüsusi bir bacarıqla heç kimin edə bilmədiyini etdiyi və 100 illərdir ki, cəmiyyətdə formalaşmış bəzi mifləri necə dağıtdığı barədə öz düşüncələrimi bölüşürəm…

Səbir insana ömrü boyu dözmək üçün yox, məqamı düzgün seçmək üçün lazımdır.

Bəli, səbir və təmkin siyasətçi və ölkə rəhbəri üçün çox vacib xüsusiyyətdir. 17 illik prezidentlik dövründə, 44 günlük Vətən savaşında Azərbaycanın Ali Baş Komandanının nə qədər səbirli və təmkinli olduğunu gördük. 30 illik işğal dövründə həm Ulu Öndər, həm də artıq böyük siyasi xadim, böyük şəxsiyyət status qazanmış İlham Əliyev Ermənistan və onun havadarlarının boş-boşuna verdiyi bəyanatları, Qarabağ probleminin həlli istiqmətində özlərinəməxsus “ədalətli” həll axtarışını, guya Azərbaycanın dostu olmaları barədə sözləri, hətta “xoşməramlı” əməkdaşlıqlar kimi vədləri səbirlə dinləmək, bu yalan vədlərə reaksiyalarda emosionallığı saxlamaq və düzgün zaman seçib, düzgün qərar vermək kimi bir bacarıq nümayiş etdirdilər. Belə bir deyim var: “Səbri olmayan və hirsini boğa bilməyən adamdan siyasətçi olmaz”. Azərbaycan Prezidentinin nümayiş etdirdiyi davranış isə bu deyimin həqiqət olduğunu bir daha sübut etdi. Bu səbir və dözüm zamanı isə hər kəsə Azərbaycanın öz torpağını danışıqlar yolu ilə olmasa, müharibə yolu ilə alacağı kimi mesajı verməsinin mahiyyəti, mənası sonralar hər kəs üçün aydınlaşdı. Çoxlarının gözləmədiyi vaxtda, “müharibə başlasa tanklarımız Bakıya kimi gələcək” – deyən düşmənə layiqli cavab olaraq onların növbəti təxribatından sonra sentyabrın 27-də əks əməliyyatlarla düşməni doğma torpaqlarımızdan “iti qovan kimi” qovdu. Budur Ali Baş Komandanın məqamı düzgün seçmək və vaxtında düzgün qərar vermək bacarığı, istedadı. Bu 30 ildə qarşı tərəf özünü qalib hiss edərək havadarlarının dəstəyi ilə bədnam, qondarma qurumun müstəqilliyinin tanınmasının məkirli xəyalları işində sərsəm addımlar atdı. BMT-nin 1993-cü ildə verdiyi qərarların mahiyyətini dəyişməyə və insanlığa yaraşmayan uydurma təbliğat aparmağa üstünlük verdi. Bunlardan fərli olaraq Azərbaycan rəhbərliyi ölkənin haqq işini qorumaq, ordunun gücləndirilməsi istiqamətini ölkənin inkişafında əsas prioritetlərdən biri seçmək, yeni texnologiyalarla müharibə taktikalarına yiyələnmək, özünün siyasi nüfuzundan istifadə edərək müxtəlif platformalarda Azərbaycanın ədalətli mövqeyinə dəstək almaq, xalq-hakimiyyət birliyini gücləndirmək kimi taktikanı seçdi. Bir Afrika atalar sözündə deyildiyi kimi: “Bir yalan nə qədər sürətli olursa olsun, həqiqət ona çatıb keçər”. Bəli, bizim həqiqətimiz düşmənin və onun havadarlarının uzun müddət davam edən yalanını dağıtdı, məhv etdi. Ermənistan biabırçı məğlubiyyətə uğradı.

Miflərin dağıdılması, yox edilməsi.

200 ildən çoxdur Azərbaycan ciddi qələbə üzünə həsrətdir. Bu dövr ərzində əvvəl Rus imperiyası, sonra bolşeviklər başımıza oyunlar açıblar. Öz doğma yurdumuzun hissələrini parça-parça əlimizdən çıxarıblar. Baxın, bolşeviklər Göyçə, Zəngəzur, İrəvan və azərbaycanlılar yaşayan digər ərazilər hesabına Ermənistan dövləti yaradıb, Dağlıq Qarabağı isə çox çətinliklə (mübahisələrdən sonra) Azərbaycanın tərkibində Muxtar Vilayət statusunda saxlayıblar. Erməni lobbisi, Ermənistandan çıxan xeyli generallar, iş adamları, tanınmış şəxslər, diaspora nümayəndələri Rusiya, Fransa və onlar kimi bəzi super güclər Ermənistanın arxasındadır kimi (dini məsələlərə toxunmaq istəmirəm) mifləri dünyaya “sırımaqla” bir məğlubedilməz Ermənistan mifi yaradılmışdı. Bir tərəfədəndə Rusiyanın media məkanınını, dünyanın bəzi məlumat kanallarını həyazıscasına zəbt etmiş erməni mafiyası cəmiyyətdə elə təsəvvür yaratmışdı ki, bizə onlarla informasiya savaşında mübarizə aparmaq qeyri mümkün gəlirdi. Ali Baş Komandan Azərbaycan ordusu və Azərbaycan xalqının birliyinə arxalanaraq bu mifi dağıtdı. Gözümüzü açdı və 200 ildən bəri ən müzəffər qələbəmizi qazandıq. Biz təkcə siyasi və hərbi sahədə deyil həmçinin informasiya müharibəsində qələbə qazandıq. İnformasiya savaşında həm dövlət, həm vətəndaş cəmiyyəti, həmçinin bizim gənclər çox fəal, çevik və peşakar davrandılar. Deməli, ağılın, gücün, birliyin, düzgün taktikanın qarşısında bu miflər sabun köpüyü kimi dağılır. Budur bizim komandanın bacarığı, Azərbaycana inam, birlik, qalibiyyət gətirdi. Ali Baş Komandanın özü demiş: “bəs hanı güclü Ermənistan ordusu? bəs hanı sənin dostların, sənin güclü lobbin?”, bəs hanı sənin informasiya gücün – ədalətli mübarizədə, döyüşdə Allahımız bizə yar oldu, xalqımızın birliyi bizə kömək etdi, ordumuzun gücü, şəhidlərimiz qanı bizə qüvvət verdi. Bizim sərkərdəmiz ancaq dostuna, illərin sınağından çıxmış qardaş Türkiyəyə və öz xalqına, öz təcrübəsinə, öz ağlına arxalandı, bir sözlə, ”Elə arxalanan igidin, arxası yerə dəyməz”. İlham Heydər oğlu Əliyev elinə arxalandı və düşmənin arxasını yerə vurdu, düşmən isə öz xalqına deyil, ona-buna yalvardı, hər gün xarici ölkə rəhbərlərinə çoxsaylı zənglər etdi, qapıları döydü və “Noldu ????”

İsrayıl İsgəndərov: Mifləri yox edən bir sərkərdə

Bu mübarizə, 44 günlük müharibə Azərbaycan xalqının birliynin dahada möhkəmlənməsi, bərkiməsi kimidə yadda qaldı. Milli mənafeyə xidmət edən bütün siyasi partiyalar, Vətəndaş Cəmiyyəti Təşkilatları, mətbuat, birliklər, cəmiyyətin müxtəlif qrupları prezidentin yanında oldu. Bu dövr Azərbaycana dost ölkələrində bir sınağı idi, bu sınaqda Pakistan və İsrayıl çox etibarlı çıxdılar. Əslində bu dostluqlarda bəzi mifləri yox etdi.

Ağıl və cəsarət.

Türk filmlərinin birində “güclü olmaq üçün nə lazımdır?” sualına belə bir cavab var: “ağıl və cəsarət”. Bəli, bizim Ali Baş Komandan özünün hakimiyyəti dövründə bu iki xarakterə malik olduğunu dəfələrlə nümayiş etdirdi. Azərbaycanda Heydər Əliyev kimi dünya səviyyəli siyasətçidən sonra xalqın sevimlisi olan bir prezident olmaq çox ciddi cəsarət tələb edirdi. O, bunu bacardı və qalib gəldi. Qərbin və bizim qonşularımızın başqa namizədləri var idi. İlham Əliyevə xalqın sevgisi, etibarı onun mövqeyini xeyli möhkəmlətdi. 17 ildə ağılla ordunu inkişaf etdirdi, iqtisadiyyatı gücləndirdi, ölkənin səsini yüksək tribunalara çıxardı, konstruktiv taktika qurdu və 27 sentyabrda cəsarət nümayiş etdirdi, 44 gündən sonra isə ZƏFƏR qazandı. Budur ağıl və cəsarətin qüdrətə təsiri.

İsrayıl İsgəndərov: Mifləri yox edən bir sərkərdə

Bəli, Azərbaycan xalqı 200 ildən sonra qələbənin dadını duydu. 30 ilin utancından qurtardıq. Bu sürətli, göz qırpımında baş verən qələbə uzun müddətli hazırlığın, ağıllı və cəsarətli qərarın nəticısində baş verdi və bütün dünyanın üzünü AZƏRBAYCANA döndərdi. Bütün dünya TÜRKÜN böyüklüyünə, Azərbaycanlıların mərdliyinə və rəşadətinə şahid oldu. Azərbaycan 21-ci əsrin müharibə kitabını yazdı. Bu kitabın müəllifi isə İlham Heydər oğlu Əliyevdir. Doğum gününüz mübarək BÖYÜK İNSAN, CƏSARƏTLİ SƏRKƏRDƏ !

www.yenicag.az

836
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv