!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşsiz vətəndaşlara YENİ GÜZƏŞTLƏR: “Rəsmi statistikanın reallığı əks etdirməməsi...” - Ekspert

!Reklam – Yazi

“Qanunlar işsizlərin sosial müdafiəsinin gücləndirilməsini nəzərdə tutsa da, tətbiqetmə mexanizmində çatışmazlıqlar çoxdur”.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliyə əsasən, işsiz şəxslərin sosial müdafiəsi gücləndiriləcək və işsizlikdən sığorta sisteminin əhatə dairəsi genişləndiriləcək.

Bu dəyişiklikləri Yenicag.az-a dəyərləndirən “Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı bildirib ki, əsas məsələ işsiz şəxslərin sözügedən güzəştlərdən yararlana bilmələrini təmin etməkdir.

Lalə Mehralının sözlərinə görə, qeyd olunan dəyişikliklərin icra mexanizminin təkmilləşməsinə ehtiyac var:

“Etiraf etmək lazımdır ki, ölkəmizin qanunlarında humanizm prinsipləri əsas götürülsə də, onların işləkliyi ilə bağlı müəyyən problemlər var. Əhaliyə yönəlik güzəştlər haqqında danışanda, bunu da nəzərə almalıyıq ki, işsizliklə bağlı statistik göstəricilərin mövcud reallığı əks etdirməsi bir qədər mübahisəli məsələdir.

Hər halda, bütün işsizlərin rəsmi qeydiyyatdan keçib-keçmədiyini dəqiqləşdirmək lazımdır. Əksər vətəndaşlarımız elə düşünürlər ki, işsizliyə görə qeydiyyatdan keçmək hələ heç nə demək deyil. Çünki iş axtaran şəxslərə təklif olunan işlər üzrə maaşlar real bazar qiymətləri ilə uyğunluq təşkil etmir.

Halbuki Məşğulluq Mərkəzi vətəndaşın marağına uyğun təklif etsə, əksər işsizlər qeydiyyatdan keçməyə can ataraq, onlara təklif olunan işlərdən boyun qaçırmazlar. Bu baxımdan, işsiz şəxslərin qeydiyyata alınması ilə bağlı mexanizmin daha da təkmilləşdirilməsi zəruridir”.

Gülşən Şərif

www.yenicag.az

2625
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv