!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşsiz vətəndaşların müdafiəsi üçün SIĞORTA MEXANİZMİ: “Uçotun düzgün aparılmaması...” - Ekspertin ŞƏRHİ

!Reklam – Yazi

“Pandemiya kimi fors-major hallarda vətəndaşın işsizlik qalarkən əziyyət çəkməməsi üçün sığorta mexanizmi təkminləşdirilməlidir”.

Yenicag.az xəbər verir ki, bunu pandemiya dövrünün işsizlik səviyyəsinə mümkün təsirlərini dəyərləndirən iqtisadçı Rəşad Həsənov deyib.

İqtisadçının sözlərinə görə, işsizlik səviyyəsi ilə bağlı problemin həlli üçün ən qısa zamanda əmək bazarının leqallaşdırılması prosesi sürətləndirilməlidir:

“Çünki illeqal əmək bazarı pandemiya əleyhinə hökumətin hazırladığı bütün planlarda nöqsan kimi üzə çıxıb. Bu nöqsan planlaşdırma, ayrılan maliyyə və proqramların icrası zamanı özünü büruzə verib.

Düzgün uçot aparılmadığına görə hökumət nə qədər işsizin olduğunu görə bilmirdi. Bununla yanaşı, sığorta mexanizminin təkminləşdirilməsinə ehtiyac var. Ona görə ki, müvəqqəti dövrdə belə vətəndaş faktiki olaraq işini itirirsə, onun sığorta hüququndan istifadəsi üçün fors-major şərtlər nəzərdə tutulmalıdır.

İndiyə qədər formalaşmış sosial-müdafiə, o cümlədən, əmək bazarı ilə əlaqədar işsizlikdən sığorta mexanizmlərinin zəif əhatəli olması müəyyən narazılıq doğurub”.

Gülşən Şərif

www.yenicag.az

1025
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv