Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İşsizlik probleminin HƏLLİ: "Bu, yeni iş yerlərinin yaradılmasına çox ciddi zəmin yaradacaq" - ŞƏRH

“Əvvəllər bir otaqda onlarla işçinin çalışması mümkün idisə, indi üç nəfərin işini bir nəfər həyata keçirir”.

Bu sözləri pandemiya dövrünün işsizlik səviyyəsinə təsirlərini dəyərləndirən “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc Yenicag.az-a açıqlamasında deyib.

Vüqar Oruca görə, pandemiya dövrü başlayandan sonra təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində işsizliyin səviyyəsi artıb. Hazırkı vəziyyətdə isə Azərbaycanın işğalda olan torpaqları azad etməsi digər ölkələrlə müqayisədə sosial vəziyyətin daha tez yaxşılaşacağına ümidləri artırır:

“Bu gün inkişaf etmiş ölkələrdə də işsizlik ordusu yaranıb. Çünki pandemiyadan sonra bütün işlər artıq onlayn sistemə keçib. Lakin elə sahələr var ki, onlayn şəkildə də fəaliyyət göstərə bilmirlər. Ona görə də məcburən işçi ixtisarına gedilib. Əvvəllər bir otaqda onlarla işçinin çalışması mümkün idisə, indi üç nəfərin işini bir nəfər həyata keçirir. Bu baxımdan işsizlərin sayı getdikcə artıb. Ölkəmizdə bu tendensiyanın qarşısını almaq üçün iş yerlərinin mümkün qədər qorunub saxlanması, əlavə iş yerlərinin açılması istiqamətində dövlət proqramları hazırlanıb. İşğaldan azad olunmuş torpaqlarımızda infrastrukturun qurulması ilə bağlı ciddi fəaliyyət də başlamaq üzrədir. Bu, yeni iş yerlərinin açılmasına, bir çox sahələrin inkişaf etməsinə və sosial-iqtisadi sahədəki mövcud durumun kompensasiya olunmasına səbəb olacaq. Sözügedən ərazilərin ermənilər tərəfindən ciddi zərərə uğramasına baxmayaraq, infrastrukturlar yenidən qurulacaq. Bu addım eyni zamanda əhalinin geri dönüşü üçün bir növ stimul yaradacaq. Bu situasiya yeni iş yerlərinin yaradılması üçün çox ciddi zəmin yaradacaq.

Ölkədə kütləvi şəkildə vaksinləşmə prosesinin getdiyini də nəzərə alsaq, zamanla müsbət nəticələrin əldə olunması gözləniləndir. Bununla yanaşı, maliyyə sektorunda vəziyyətin stabilləşməsi mümkündür. Bu sahədə inkişafın getdiyi müşahidə olunur. Uzun müddətdir ki, Azərbaycan manatının xarici valyutalara qarşı məzənnəsi stabildir. Bu amillər işsizliyin tezliklə aradan qaldırılması ilə bağlı müsbət gözləntiləri sərgiləyir”.

Gülşən Şərif

www.yenicag.az

325
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100