Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İSTAD-dan körpə qatili Ermənistana sərt reaksiya - FOTOLAR

İstanbulda çox sayda insanın iştirakı ilə Ermənistanın Azərbaycana qarşı hücumlarına həsr olunmuş etiraz aksiyası keçirilib.

Yenicag.az xəbər verir ki, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) idarəedici heyəti və geniş kütlə Halqalıda Zeynəbiyyə məscidinin qarşısında cümə namazından sonra şüarlar səsləndirərək, Yəhya Kamal Bəyatlı adına teatr mərkəzi istiqamətində yürüş aksiyası keçirib. İSTAD sədri bir neçə gün əvvəl Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində iki dinc sakinin – 2 yaşlı Zəhra ilə nənəsinin şəhid olduğunu xatırladıb. Regionda sülh və sabitliyə ehtiyac duyulan bir dövrdə Ermənistanın odla oynadığını vurğulayan Qaraqoyunlu bunları qeyd edib:

“Vəziyyət qarşısında türk millətinin səbri tükənmək üzrədir. Bunu bilməlidirlər ki, türk milləti olaraq Azərbaycanın yanındayıq”.

Qaraqoyunlunun sözlərinə görə, daha böyük bədbəxt hadisələrin baş verməməsi üçün dərhal bu vəziyyətin həlli yolu tapılmalıdır:

“Bizdən soruşurlar ki, Türkiyə niyə bağlı qapıları açmır? Biz də deyirik ki, Qarabağ problemi həll edilmədən o qapılar açıla bilməz. O qapıları açmağa heç kimin gücü-qüdrəti çatmaz. Regiona sülh və əmin-amanlığın gəlməsini istəyirsinizsə, Azərbaycan torpaqlarını qeyd-şərtsiz dərhal tərk edin. Körpə qatili Ermənistanı şiddətlə qınayırıq.”

Aksiyaya qoşulan uşaqlardan Fatmagül adlı bir qız isə gözyaşları içində bunları söyləyib:

“Azərbaycanlı uşaqlara toxunmayın, onlar bizim qardaşımızdır. Qardaşlarımızın dırnağına daş dəysə, biz bu ağrını ürəyimizdə hiss edərik.”

Qeyd edək ki, yürüşdə çox saylı mətbuat orqanları iştirak edib.

Yenicag.az

www.yenicag.az

308