Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

İSTAD sədri millət vəkilliyinə namizəd oldu

İSTAD sədri Səfər Qaraqoyunlu İğdır vilayətindən millət vəkilliyinə namizədliyini irəli sürüb.

Yenicag.az xəbər verir ki, İSTAD (İstanbul Türkiyə-Azərbaycan Dərnəyi) sədri Səfər Qaraqoyunlu 24 iyunda keçiriləcək parlament seçkilərinə MHP partiyasından namizədliyini elan edib.

İSTAD, Qaraqoyunlu Türkləri Federasiyası, İğdırlılar Dərnəyi kimi bir sıra ictimai təşkilatlara rəhbərlik edən Səfər Qaraqoyunlu Azərbaycan və Türkiyə arasındakı əlaqələri möhkəmləndirmək üçün müxtəlif layihələrin həyata keçirilməsində böyük rol oynamışdır.

Qeyd edək ki, Səfər Qaraqoyunlu aktiv fəaliyyətinə görə İlham Əliyev tərəfindən dövlət nişanı ilə, Dədə Qorqud Vəqfi tərəfindən isə “Qızıl Ürək” medalı ilə təltif olunub.

www.yenicag.az

1126
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM