İSTAD Xocalı soyqırımını unutmadı – FOTOLAR

Türkiyənin İstanbul şəhərində İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin sədri Səfər Qaraqoyunlunun təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbirdə Türkiyə və Azərbaycanda tanınmış şəxslər, millət vəkilləri, QHT rəhbərləri və siyasi partiya təmsilçiləri qatılıb.

Yenicag.az xəbər verir ki, ilk öncə foto-sərgi keçirilib, daha sonra Xocalı soyqırımı haqqında sənədli film nümayiş olunub.

Konfransda Azərbaycan Milli Məclisin deputatı Qənirə Paşayeva, İstanbul Universitetinin müəllimi, professor Xəlil Bal, “Yenicag Azərbaycan” Media Qrupunun baş direktoru Aqil Ələsgər, Qadın Yazarlar İctimai Birliyinin sədri Nüşabə Məmmədli çıxış ediblər.

Tədbirdə, XX əsrin sonlarında türk xalqına qarşı törədilmiş soyqırım haqqında bütün dünyaya çatdırmaq üçün Türkiyə və Azərbaycanın birgə tədbirlərin əhəmiyyəti vurğulanıb.

Həmçinin, çıxış edən azərbaycanlı qonaqlar tərəfindən Türk ordusunun Afrində keçirdiyi “Zeytun Budağı” hərəkatı ilə bağlı Azərbaycan xalqının Türkiyənin yanında olduğu xüsusi ilə qeyd edilib, eyni zamanda Türkiyəyə qarşı Avropanın, xüsusi ilə Hollandiyanın mənfi münasibəti tənqid olunub.

Tədbirdə Aprel zəfərinin qazilərindən Natiq Mehdiyev də çıxış edərək, Qarabağ qaziləriin hər zaman türk ordusunun yanında olduğunu vurğulayıb.

COP29