Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

İstanbul bələdiyyəsinə kim rəhbərlik edəcək? - Səsvermənin nəticələri açıqlandı

Reklam: High Technic

İstanbul bələdiyyəsinə rəhbərlik edəcək şəxsin adı məlum olub.

Yenicag.az xəbər verir ki, Türkiyədə keçirilən bələdiyyə seçkiləri nəticəsində İstanbul şəhər bələdiyyəsinin sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasının (CXP) namizədi Ekrəm İmamoğlu seçilib.

“Anadolu” agentliyinin qeyri-rəsmi statistikasına görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu səslərin 48,79 faizini (4165 min səslə) qazanaraq qalib olub.

Ədalət və İnkişaf Partiyasının namizədi, keçmiş Baş nazir Binəli Yıldırım isə 4138 min (48,51 faiz) səs toplayaraq ikinci olub.

Qeyd edək ki, İstanbulun 39 inzibati bölgəsi üzrə də seçkilərdə 14 bələdiyyədə CHP, 24 bələdiyyədə AKP, bir bələdiyyədə də AKP ilə ittifaqda iştirak edən Milliyyətçi Hərəkat Patrtiyasının namizədləri qələbəyə nail olublar.

Türkiyə Mərkəzi Seçki Komissiyası isə hələlik rəsmi rəqəmləri açıqlamayıb.

www.yenicag.az

2826