İstanbul birjasında tarixi rekord

İstanbul fond birjası BIST100 indeksi üzrə ticarət 2 601,56 göstərici ilə başa çatıb, İstanbul bazarında aksiya 32,80 punkt (1,28%) qalxıb.

Yenicag.az xəbər verir ki, bu barədə birjanın məlumatlarında bildirilib.

Günlük ümumi əməliyyatın həcmi 40,9 milyard türk lirəsi (2,5 milyard dollar) təşkil edib.

Bu göstərici birjanın bütün fəaliyyəti boyu rekord sayılır.