İstanbul boğazı ikitərəfli bağlandı – SƏBƏB / VİDEO

Bosfor boğazında hərəkət ikitərəfli dayandırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizəsi Baş İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, Misirdən Bolqarıstana gedərkən gəminin nasazlığı səbəbindən Bosfor boğazı iki tərəfli nəqliyyata bağlanıb:

“Misirdən Bolqarıstana səfər edərkən Yavuz Sultan Səlim körpüsü yaxınlığında 134 metr uzunluğundakı “Sparta” gəmisində nasazlıq yaranıb.Bələdçi kapitanımız və “Kurtarma-12” və “Nazım tur” yedək gəmilərimiz ora yönəldilib. Nasazlığın aradan qaldırılması ilə bağlı işlərə başlanılıb”.