Türkiyə Super Liqasında XXIII tura start verilib.
Yenicag.az xəbər verir ki, turun ən gözlənilən matçı “Ülker stadionu”nda keçirilib. Əzəli rəqiblər “Fənərbaxça” ilə “Qalatasaray” derbidə üz-üzə gəliblər.
FIFA referisi Cüneyt Çakırın idarə etdiyi oyun “Qalatasaray”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində qolu 54-cü dəqiqədə misirli futbolçu Mustafa Məhəmməd vurub.
“Sarı qırmızılar” bu nəticədən sonra 48-ci xalını qazanıb. Hazırda hər iki klubun 48 xalı var. Komandalar turnir cədvəlinin ilk iki yerini bölüşürlər.