İstanbul doluya tutuldu – VİDEO

Bu gün Türkiyənin İstanbul şəhəri yerli vaxtla saat 18:15-də qaranlığa qərq olub.

Yenicag.az xəbər verir ki, göy gurultusunun ardınca güclü dolu yağıb.

15 dəqiqə davam edən yağış nəticəsində çətin anlar yaşanıb. Dolunun ardınca yağan leysan İstanbulun fərqli bölgələrində fəlakətə səbəb olub.

Belə ki, Karaköydən Kadıköyə hərəkət edən nəqliyyat gəmisi fırtınanın gücündən qayalıqlara çırpılıb. Bundan başqa Şişli Osmanbəydə məzarlıq dayanacağı çöküb, uçqun altında qalan 4 nəfər xilas edilib. Küçükçekmecedə işə məscid minarəsi uçub.

Yenicag.az