İstanbul gecəni yatmadı – Şəhər 107 dəfə “silkələndi” – FOTO

İstanbulda yaşanan zəlzələ qorxusu vətəndaşları küçələrdə gecələməyə vadar edib.

Yenicag.az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul 5.8 bal gücündə zəlzələdən sonra gecə saatlarında 100-dən çox təkan qeydə alınıb.

Dünən günortadan başlayan yeraltı təkanlar gecə saatlarında da ara verməyib. Məlumata görə, gecə təkanlarının ən zəifi 1,6, ən güclüsü isə 4,2 bal olub.

Xatırladaq ki, ötən gün İstanbul şəhərində baş verən zəlzələ ilə bağlı ölkə prezidenti Rəcəb tayyib Ərdoğan açıqlamalar verib.

O, zəlzələ zamanı 8 nəfər yaralandığını, bəzi binalarda çatların əmələ gəldiyini bildirib.

Firuzə Alimova

COP29