İstanbul hava limanı bu tarixədək bağlı qalacaq

Güclü qar səbəbindən fəaliyyəti dayandırılan İstanbul hava limanı yanvarın 26-sı saat 00:00-dək bağlı qalacaq.

“Türk Hava Yolları”ndan (THY) Yenicag.az-a verilən məlumata görə, aviaşirkətin Bakıya TK334-335 reysi də təxirə salınıb.

Qeyd edək ki, İstanbul hava limanının bağlanması 24, 25 yanvar tarixlərində AZAL-ın Bakı-İstanbul və İstanbul-Bakı reyslərinin də gecikməsinə səbəb olub.