İstanbul hava limanının bağlı qalacağı müddət uzadıldı

İstanbul hava limanının fəaliyyətinin dayandırılma müddəti uzadılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, hava limanı güclü qar səbəbindən yanvarın 26-sı saat 12:00-a qədər (Bakı vaxtı) bağlı qalacaq.