İstanbul körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

28 May – Respublika Günü münasibətilə İstanbulun rəmzlərindən olan və şəhərin iki qitəsini birləşdirən körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Yenicag.az xəbər verir ki, tədbir ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü ilə baş tutub.

Dünyanın ən böyük meqapolislərindən olan İstanbulun “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpülərin Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.