İstanbul qara təslim oldu – Şəhərə giriş-çıxış dayandırıldı

Türkiyənin istanbul şəhəri qara təslim olub.

Yenicag.az xəbər verir ki, İstanbulda yağan aramsız qar yağışı şəhərin həyatını iflic edib.

Kəskin qar yağışı səbəbindən avtovağzallardan nəqliyyat vasitələrinin hərəkəti sabah 08:00-dək, İstanbul Hava Limanında uçuşlar isə 04:00-dək dayandırılıb.

Bundan başqa, iş saatları dəyişdirilib, iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb.

Yolların buz bağlaması səbəbindən Arnavutköydə zəncirvari qəza baş verib, 30 avtomobil toqquşub. Yollar iflic vəziyyətindədir.