Rusiya və Ukrayna arasında İstanbul razılaşmaları dialoqun bərpası üçün əsas ola bilər.
Yenicag.az xəbər verir ki, bu barədə Vladimir Putin Astanada keçirilən “ŞƏT Plyus” iclasında deyib.
“İstanbul razılaşmaları masada qalır və bu danışıqların davam etdirilməsi üçün əsas ola bilər”, – Rusiya lideri bildirib.
O xatırladıb ki, Ukrayna nümayəndə heyətinin rəhbəri həmin sazişləri paraflayıb, ona görə də onlar Ukraynaya tam uyğun gəlir: “Rusiya heç vaxt danışıqlardan imtina etməyib və indi onları davam etdirməyə hazırdır”./unikal