Türkiyə Seçki Komissiyasının İstanbuldakı seçkiləri ləğv etməsindən sonra 23 iyunda təkrar seçki keçiriləcək.
Yenicag.az xəbər verir ki, buna uyğun olaraq seçimlərdən əvvəl son sorğu keçirilib.
Sorğunun nəticələrinə əsasən, Binali Yıldırım son anketdə aradakı səs fərqini azaltmağı bacarıb. Buna baxmayaraq, səslərin 51 faizini qazanan Ekrem İmamoğlu son anketdə də üstünlüyü qoruyub.
Qeyd edək ki, sorğuda 9317 insan iştirak edib. Seçicilərin 51 faizi İmamoğlunu, 47,8 faizi Binali Yıldırımı dəstəklədiyi halda, 1,2 faiz səssizliyini qoruyub.