İstanbulun Beylikdüzü bələdiyyəsindəki 14 mərtəbəli binanın birinci mərtəbəsində partlayış baş verib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Partlayışa səbəb təbii qaz sızması olub.
İstanbul Valiliyi partlayışda 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını açıqlayıb.
Yaralılar yanğınsöndürənlər tərəfindən xilas edilib, hadisə yerində olan həkim briqadaları tərəfindən göstərilən ilkin tibbi yardımdan sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.