İstanbulda 27-ci Avrasiya İqtisadi Zirvəsi keçirildi – FOTOLAR

21 fevral 2024-cü il tarixində İstanbulda “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmaları Vəqfinin təşkilatçılığı ilə 27-ci Avrasiya İqtisadi Zirvəsi keçirilib.

Dövlət xadimləri, tanınmış siyasətçilər və iş adamlarının bir araya toplandığı Avrasiya İqtisadi Zirvə Toplantısında Ələt Azad İqtisadi Zonasını (AFEZ) təmsilən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin idarə heyətinin sədri Hüseyin Büyükfırat iştirak edib.

Hüseyin Büyükfırat çıxış zamanı Ələt Azad İqtisadi Zonasının yaradılmasının Prezident İlham Əliyevin ölkəmizdə biliyə və beynəlxalq rəqabətə əsaslanan iqtisadi strukturun inkişafı ilə bağlı siyasətinin mühüm tərkib hissəsi və bu çərçivədə çoxşaxəli, ixracyönümlü, müasir enerji, nəqliyyat və logistika infrastrukturuna malik dünya səviyyəli biznes mühiti yaratmaqla ölkəmizin beynəlxalq iqtisadi münasibətlərdə rəqabətqabiliyyətli iştirakçıya çevrilməsini təmin etmək məqsədi olduğunu bildirib.

“Böhranlardan Sabitliyə İnklüziv Dünya Qurmaq” ana mövzusu ilə başlayan Zirvə Toplantısında hazırkı mürəkkəb böhranların aradan qaldırılması, qlobal miqyasda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Sammitdə Prezident Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mesajları da oxunub.

COP29