İstanbulda 3,9 bal gücündə zəlzələ oldu

Türkiyənin İstanbul şəhərində zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təkanlar yerli vaxtla saat 15:08-də Kartal rayonunda qeydə alınıb.

7 kilometr dərinlikdə baş verən zəlzələnin gücü 3,9 bal olub.

Dağıntı və tələfatın olmadığı bildirilir.