İstanbulda avtobus aşdı – Yaralılar var

Türkiyənin İstanbul şəhərində Sultan Səlim körpüsünün girişində avtobus aşıb.

Yenicag.az-ın məlumatına görə, hadisə nəticəsində azı 6 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.