Xəbər verdiyimiz kimi İstanbulda bina çöküb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib.
Şəhər rəsmiləri xialsedicilər tərəfindən 6 nəfərin dağıntıların altından çıxarıldığını bildirib. Onlar xəstəxanaya yerləşdirilib.
Hadisəyə ilkin səbəb kimi binada qanunsuz şəkildə əlavə 3 mərtəbənin tikilməsi göstərilib.
Araşdırma aparılır.