İstanbulda bir nəfərdə meymunçiçəyi virusu aşkarlandığı ilə bağlı iddia yalanlandı

Türkiyənin İstanbul şəhərində bir nəfərdə meyçunçiçəyi virusu aşkarlandığı iddia edilib.

Yenicag.az xəbər verir ki, iddia ilə bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikaya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, meymunçiçəyi şübhəsi ilə test götürülən şəxsin analiz nəticələri mənfi çıxıb.