!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda Cümhuriyyətin 100 illiyi ilə bağlı sərgi açıldı - FOTO

!Reklam – Yazi

Bu gün İstanbulda Dəniz muzeyində Cümhuriyyətin 100 illiyi ilə bağlı foto sərgi açılıb.

Yenicag.az xəbər verir ki, sərgidə ADR-in qurulmasında xidmətləri olan Məmməd Əmin Rəsulzadə, Xətəli xan Xoskinin və digərlərinin portretləri yer alıb. Bundan əlavə Nuri paşanın, Ənvər paşanın, Mustafa Kamal Atatürkün, Heydər Əliyevin rəsmləri yayımlanıb.

Eyni zamanda Nuri paşanın Bakıya gəlişi və Bakıdakı döyüş səhnələri ilə bağlı rəsm əsərləri nümayiş etdirilib.

Sərgidə Türkiyənin hakim partiya və ictimayət nümayəndələrinin iştirak edib. Sərgiyə gözlənildiyi kimi maraq çox olub.

Sərginin açılışında İstanbuldakı baş konsul Məsim Hacıyev iştirak edib.

Baş konsol Məsim Hacıyev Yenicag.az-a açıqlamasında bilidirib ki, sərgini təşkil etməklə bərabər eyni zamanda azərbaycanlı mühacirlərin məzarlarının tapılaraq təmir olunması ilə bağlı da fəaliyyətətə başlayıblar: “İstanbul və Türkiyənin digər şəhərlərində 1920-ci ildən sonra azərbaycanlılarla bağlı Cümhuriyyətin 100 illiyi çərçivəsində ciddi işlər görüləcək”.

Qeyd edək ki, sərgi Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən təşkil olunub.

Səxavət

www.yenicag.az

2218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv