İstanbulda daha bir hadisə – Otel yanır – VİDEO

istanbul-da-otel-yangini-cok-sayida-kisi-mahsur_x_8053270_97İstanbulda Sultanəhməd meydanındakı partlayışdan sonra Maltəpə bölgəsində bir oteldə yanğın baş verib.

Otelin əlavə tikintisində baş verən yanğın qısa müddətdə böyüyüb. Əraziyə xeyli sayda xilasetmə briqadaları göndərilib.

Oteldə işləyən xeyli insanın köməksiz vəziyyətdə qaldığı bildirilir. Hazırda onların xilas edilməsi istiqamətində işlər görülür.(Azvision)