İstanbulda dəhşət: Yol çökdü – Torpaq altında qalanlar var – FOTO/VİDEO

İstanbulda Umraniyyə rayonunda səhər saatlarında yol çöküb.

Yenicag.az xəbər verir ki, açılan çuxurun eni 10 metr, dərinliyi 7-8 metr olub.

Yolun çökməsi nəticəsində torpaq altında iki nəfər qalıb. Onlardan birinin meyitini torpaq altından çıxarmaq mümkün olub.

Hazırda digər şəxsin meyitinin torpaq altından çıxarılması üçün işlər aparılır.

Çökmədən sonra ətrafa təbii qaz qoxusu yayılıb. Bundan sonra həmən əraziyə təbii qaz verilişi kəsilib.

Ətrafdakı 3 binanın əhalisi təxliyə edilib.

COP29