!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda dəhşətli partlayış – 10 ölü – Yenilənir – Video

!Reklam – Yazi

sultanahmetİstanbulun mərkəzində Sultanahmet meydanında partlayış baş verib.

Bu barədə Türk KİV-ləri məlumat yayıb. Partlayışın səbəbi hələki məlum deyil. Məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var. Hadisə yerinə polis və təcili tibbi yardım maşınları cəlb olunub.

 

Hadisə baş verən əraziyə kamazlarla dəmir bariyerlər gətirilib. Ərazidə ikinci partlayışın baş verəcəyi ehtimalına görə təhlükəsizlik tədbirləri gücləndirilir. Sözügügedən bölgəyə giriş-çıxış bağlanıb. Ayasofya muzeyindən tramvay stansiyasına kimi olan ərazi də bağlanlb. Polis əməkdaşlarının keçirdiyi qısa iclasdan sonra yüzlərlə polis Sultanahmet meydanının yaxınlığındakı küçələrə axışıb.

***

Türk KİV-lərinin yazdığına görə, hadisə yerli vaxtla 10:20 radələrində qeydə alınıb. Partlayış nəticəsində ən az 5 nəfər ölüb. Lakin ölənlər və yaralananların sayı ilə bağlı hələki rəsmi açıqlama verilməyib.

Partlayışın baş verdiyi ərazidə 1 metrəyə qədər çuxur əmələ gəldiyi də yayılan məlumatlar arasındadır.

***

Hadisə yerindəki müxbirlərin məlumatına görə, partlayış nəticəsində ölənlərin sayı 10-a çatıb. 15-dən çox insanın isə yaralandığı bildirilir. İstanbul Valiliyi ölü sayının 10 olduğunu təsdiqləyib. Hüquq-mühafizə orqanları isə təhlükəsizlik məqsədilə hadisə yerindən canlı yayıma qadağa qoyub.

www.yenicag.az

609
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv