İstanbulda dəri fabriki yanır

104769_res_01İstanbulda dəri fabriklərindən biri yanır, kimyəvi sızıntının baş vermə təhlükəsi var.

Yenicag.az trend-ə istinadən xəbər verir ki, müəssisənin bütün işçiləri təxliyə olunub.

Hazırda hadisə yerinə Fövqəladə Halların Qarşısının Alınması İdarəsinin (AFAD) qrupları cəlb edilib.

Yanğının səbəbləri barədə məlumat verilmir.