İstanbulda terror təşkilatı PKK-ya qarşı həyata keçirilən əməliyyatda təşkilatın Suriya qolu PYD/YPG sıralarında olan 9 terrorçu yaxalanıb.
Yenicag.az xəbər verir ki, əməliyyatlar İstanbul Polis İdarəsi Kəşfiyyat Şöbəsi və TEM qrupları (terrorla mübarizə – red.) tərəfindən həyata keçirilib.
Əməliyyatlar zamanı rəqəmsal materiallar və müxtəlif ölçülü 72 güllə ələ keçirilib.