İstanbulun 9 səmtində cinayət təşkilatlarına qarşı “Kafes-44” əməliyyatları keçirilib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” platformasında paylaşım edib.
Onun sözlərinə görə, beynəlxalq axtarışda olan, narkotik satıcısı “Türk Eskobar” ləqəbli Ürfi Çetinkayanın başçılıq etdiyi silahlı mütəşəkkil cinayətkar qrupa qarşı İstanbulda əməliyyat keçirilib.
Keçirilən əməliyyatlar nəticəsində İnterpolun qırmızı bülleteni ilə ABŞ tərəfindən axtarışda olan Rüstəm və Hakan Çetinkaya da daxil olmaqla silahlı mütəşəkkil cinayətkar qruplaşma üzvü olan 42 şübhəli saxlanılıb.