İstanbulda fabrik yanır

Türkiyənin İstanbul şəhərində dəri məmulatları fabrikində yanğın baş verib.

Yenicag.az-ın məlumatına görə, Tuzla rayonunda başlayan yanğının qarşısının alınması üçün yanğınsöndürmə briqadaları cəlb olunub.

Yanğının səbəbləri məlum deyil. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı bildirilmir.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin Hatay şəhərində hotel yanmışdı./Trend/